Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaq.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilən paylaşımda qeyd edilir.
Paylaşımda bildirilir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır".