Qadin.NET / Məktəb direktoru vəzifəsinə qəbul başladı

Məktəb direktoru vəzifəsinə qəbul başladı

Məktəb direktoru vəzifəsinə qəbul başladı


Bu gündən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayıb.

 

Qadin.Net report-a istinadən xəbər verir ki, müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər.

 

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

 

“DövlУ™t ümumi tУ™hsil müУ™ssisУ™lУ™rinУ™ direktor vУ™zifУ™sinУ™ işУ™ qУ™bul vУ™ çalışmanın yaş hУ™ddinУ™ çatmış direktorlarla У™mУ™k münasibУ™tlУ™rinin tУ™nzimlУ™nmУ™si Qaydaları”na edilmiş dəyişikliyə əsasən, müsabiqədə keçid balı namizУ™dlУ™rin test imtahanında göstУ™rdiyi nУ™ticУ™lУ™r vУ™ vakansiyaların sayı nУ™zУ™rУ™ alınmaqla müУ™yyУ™n ediləcək.

 

Müsabiqə iyulun 19-dək davam edəcək.

 

13 iyul 2019
GO BACK