TV8-in rəhbəri Acun İlıcalının keçmiş xanımı, model, bloger Şeyma Subaşı həbs oluna bilər.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sadece Şeyma" adlı kitab nəşr etdirən Şeyma Subaşının həbs olunma təhlükəsi var. Kitabda şəxsi həyatı haqqında yazsa da bir səhifəsində gözəllik haqqında məsləhətlərini də verib. Seda Sayan bu məsləhətlərə görə Şeyma Subaşının həbs oluna biləcəyini deməsi bütün izləyiciləri narahat edib. Məsləhət mölməsində yazılmış bir cümlədə "hyalüronik asit" yerinə "hidrolik asit" yazdığı üçün həbs oluna bilər. Seda Sayan: "Bu kitabı tez bir zamanda satışdan toplamaq lazımdır. Kimsə bu maskanı etməyə çalışsa kor olar. Nə edirsiz? Hyalüronik asit yerinə hidrolik asit yazılıb. Bu adamı kor edər. Redaktorların səhvidir, ancaq buna görə Şeyma həbs oluna bilər. Uzun illər televizyada işləmiş biri olaraq deyirəm hidrolik asiti nə badə üzünüzə çəkəsiniz. O maddə ayaq yolu təmizləyicisidir"- deyə qeyd edib.