Dünyaca məşhur müğənni Allesandro Safina yenidən Azərbaycana gələcək.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu haqda Xalq artisti Emin Ağalarov məlumat yayıb.
Müğənni bildirib ki, Safina “Jara” beynəlxalq musiqi festivalında yer alacaq.
Xatırladaq ki, festival iyulun 25-dən 28-nə kimk Eminin sahib olduğu “Sea Breeze”də keçiriləcək.
Festival çərçivəsində Rusiyanın tanınmış ulduzları səhnəyə çıxacaqlar. Azərbaycandan isə
Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, müğənnilər Çingiz Mustafayev, Nigar Camal, Səmra Rəhimli və başqakarı festivalda yer alacaqlar.
Qeyd edək ki, italyan ulduz bundan əvvəl də bir neçə dəfə Bakının qonağı olub.