Qadin.NET / Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz?

Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz?

Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz?


Yay istirahətində müxtəlif yaxın - uzaq ölkələrə istirahətə gedən insanlar adətən bir sıra xəstəliklər, simptomlarla qayıdırlar və bir müddət sonra orqanizmdə  qəribə hallar baş qaldırır. Mütəxəssislər illərdir xəbərdarlıq edir ki, insan ekzotik ölkədən nəinki zəngin təəssüratla, hətta bir çələng ekzotik xəstəlik, virusla da qayıda və bir çox insanları da yoluxdura bilər.

Qadin.Net medicina.az-a istinadən turistlərin hansı ölkədə hansı xəstəliklərə tutulma ehtimalını araşdırıb. Elə ölkələr var ki, orda insanın daha çox hansı problemlərə tutulması ehtimalı yüksəkdir.

Misir, Tunis - tif və quduzluq

Tunisdə yarasalar çoxdur və onlar insanı dişləyir. Bu da quduzluq yarada bilir.
Misirdə isə havanın çox isti və bazarlarda, açıq havada qidaların, şirin içkilərin, meyvələrin tez xarab olmasından tif xəstəliyinə tutulurlar.
Eləcə də qarın yatalağı qaçılmazdır.

Türkiyə - dizenteriya, Hepatit A

Otellərdə ümumi baseynlərdə su bəzən vaxtında dəyişdirilmir, bir hofuza eyni anda 200 nəfər daxil olur. Su və qida ilə hepatit A yayılır. Eləcə də meyvə, tərəvəzlər yaxşı sanitar işlənmədiyindən Türkiyədə elə istirahətdə ola-ola qarında pozulma, qızdırma, qusma, dizenteriya başlayır və Türkiyədə turistlər ən çox bu problemlə təcili yardımlara üz tutur.

Hindistan - şistosomoz və amöb ensefaliti

Ensefaliti Hindistanın təzə tərəvəzlərini yedikdə də yoluxa bilərsiz. Şistosomoz isə təbii su höfzəsində çimmək, yuyunmaq, bulaqdan və ya hansısa axar su olan yerdən su içərkən yoluxur. Ona görə bu ölkədə suyu marketdən alıb için.

Afrika, Meksika - Zika virusu, malyariya, denq qızdırması

Bütün bunları həşəratlar, ağcaqanadlar, moskitlər yayır. Keniya, Mərkəzi Afrika bu baxımdan təhlükəlidir. Gedərkən peyvəndlər vurdurun.

Ərəbistan, Dubay- leptospiroz və dəvə qripi

Birinci xəstəliyi gəmiricilər, siçanlar yayır. Harasa toxunursuz və əlinizi yumursuz, ağızla keçir.  İkincisi dəvə qripi isə sadəcə xəstə dəvəyə minib gəzərkən yoluxursuz. Ona görə harda oldu dəvəyə minməyin.

Kuba, Kipr - müxtəlif yad, təhlükəli parazitlər

Bu ölkələrdə qumda uzanmaq, ayaqyalın gəzmək, adi su içməklə də qurda yoluxa bilərsiz. Helmintlər dəri səthini də yarıb keçir

Cənubi Amerika - sarı qızdırma

Ağcaqanad və daşıyıcı insanlardan, yerli əhalidən yoluxur. Müalicəsi var. Ölüm faizi də az deyir. Buna qarşı mütləq 2 ay öncə peyvənd olunub, sonra viza alın.

Avropa: salmonelloz və gəmə ensefaliti

Salmonella qida, su və heyvanlara olur. Bişirildikdə də ölmür. Gənələr isə Avropa meşələri, parkları, talalarında çox rast gəlinir. Gənələrə qarşı tədbirli olun.
Dəri-zöhrəvi xəstəliklər

İstənilən ölkədə tutula bilərsiz. Daha çox Tailand, Malayziya, Tayvan, Asiya ölkələrindən QİÇS, qonoreya gətirilir. Kişilər istirahətdə ötəri qadınlarla ötəri münasibətdən özünü qorumasa, hələ çox xəstəlikləri ölkələrinə gətirəcək

11 iyul 2019
GO BACK