Qadin.NET / Xoruza qəribə QADAДћA qoydular

Xoruza qəribə QADAДћA qoydular

Xoruza qəribə QADAĞA qoydular


İsveçrənin Sürix bölgəsində üç ailə evində xoruz və toyuqlar saxlayan qonşularını məhkəməyə verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ev quşları saxlayan ailəyə qarşı əsas şikayət xoruzun banlamasıdır.Belə ki, xoruzun səsindən narahatlıq keçirən qonşuları toyuqların varlığı qıcıqlandırmır.Məhkəmə isə bununla bağlı qərar çıxarıb. Qərara əsasən, xoruzun sahibi adi günlərdə 22.00-dan 08.00-dək, bazar günləri isə 22.00-dan 09.00-dək onun banlamasının qarşını almalıdır.Həmçinin, bildirilir ki, ev quşlarının qaldığı hindən səsin daha az çıxması üçün tədbir görülməli, göstərilən tarixlərdə toyuqlar hini tərk etməməlidir.
11 iyul 2019
GO BACK