Şahzadə Harrinin keçmiş aktrisa xanımı Meqan Markl növbəti dəfə kral ailəsinin qayda-qanuna zidd addım atıb.
Qadin.Net xarici mənbəyə əsasən bildirir ki, Meqan rəfiqələri ilə Serena Uilliamsın oyununu izləməyə gedib. Lakin Meqan geyindiyi şalvarla kral ailəsinin qaydasını pozub. Belə ki, kral ailəsinin üzvləri yalnız kral ailəsi üçün ayrılmış oturacaqlarda şalvarlı geyimlə otura bilməzdi. Buna baxmayaraq 37 yaşlı Meqan cins şalvarda kral ailəsinə ayrılmış oturacaqlarda əyləşdi. Xatırladaq ki, bu Meqan Marklın ciddi yanaşmadığı ilk qayda deyil.
Qadin.Net