Köhnə fotolarını instaqramda paylaşan Xalq artisti Emin Ağalarov ailəsindən yazıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, görkəmli sənətçi və iş adamı paylaşımında bu gün bir çox ölkələrdə qeyd edilən Ailə günü münasibətilə hər kəsi təbrik edib. O, doğmaları ilə şəkillərini paylaşaraq qeyd edib ki, həyatdakı ən dəyərli varlığı ailəsidir:
"Əziz dostlar, hər kəsi ailə, sevgi və sədaqət günü münasibətilə təbrik etmək və bir daha bütün ailə üzvlərimə sevgimi etiraf etmək istəyirəm. Şəkillərdə olmayanlar sizi də çox sevirəm. Siz mənim tükənməz xoşbəxtliyimin səbəbkarları, dayağım və dəstəyimsiniz. Yaxınlarınızı sevin, dəyər verin. Qoy hər bir ailədə əmin-amanlıq hökm sürsün"