Cem Yılmazın Kiprdə nümayiş etdirdiyi tamaşada aparıcı və TV8-in rəhbəri Acun Ilıcalı ilə bağlı etdiyi zarafat diqqət çəkib.
Qadin.Net xəbər verir ki, Yılmaz Ilıcalı üçün "Adam 3 dəfə boşandı. Onda pul qalar?" sözlərini söyləyib.
Cem daha sonra "Mənə bir hesab gədi - 1000 dollar. Sən demə, oğlum Kamal bir oyun yükləyib. 20 dəqiqəyə o qədər pul itirdim. Oğluma dedim ki, mən Acun Ilıcalı deyiləm, o qədər pulumuz yoxdur.
Kamal da "Mən evdən gedirəm, xatirələrimi kitabımdan oxuyarsan" dedi. Acunda da pul bitdi. ortadadır, "şəpitlə" gəzir. Soruşanda isə "Survivor"dan gəlirəm" cavabını verir" sözlərini əlavə edib