Bu yaxınlarda ABŞ-ın Miçiqan gölündə qeyri-adi məxluq kameralara düşüb.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Tim Uendl adlı amerikalı gölün cənub hissəsində çox iri, sirli məxluqu lentə ala bilib. Güclü külək göldə fırtına yaradıb və Tim fırtınaya tamaşa edirmiş. Birdən o, heç bir heyvana bənzəməyən iri məxluq görür.
Amerikalı gördüklərini kameranın yaddaşına köçürür və sosial şəbəkədə paylaşır. Yerli hindular isə göldə 15 metr uzunluğu olan ilanın yaşadığını bildirirlər. Hətta XIX əsrdə də bu barədə yerli qəzetlər yazıb.
Doktor Pit Van Vranken kadrları izlədikdən sonra bunun nəhəng ilanbalığı olduğunu deyib. Məsələ burasındadır ki, ən böyük ilanbalığının uzunluğu 1 metrdir. Kadrdakı məxluq isə çox böyükdür.