Qadin.NET / Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB

Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB

Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB


Məşhur türkiyəli müğənni Alişan və həyat yoldaşı Buse Varol jurnalistləri və sosial media istifadəçilərini məhkəməyə verəcək.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, buna səbəb cütlüyün fotolarının icazəsiz şəkildə reklam məqsədilə istifadə olunmasıdır.

Fotolarının icazəsiz şəkildə yayımlanmasından narahat olan cütlük artıq bu barədə vəkillərinə tapşırıq verib.

Buse Varol məsələ ilə bağlı instaqram hesabından açıqlama verib:

“Bundan sonra mənim öz səhifəmdə paylaşdığım foto və videolarımı götürüb reklam məqsədilə paylaşan şəxslər vəkilim tərəfindən tək-tək məhkəməyə veriləcək. Bu gün mənim videomu və fotolarımı paylaşıb reklam edən və etdirən bütün xəbər saytlarına aiddir. Üstəlik, başlıqlarda utanmadan evliliyimlə bağlı axmaq sözlər verirsiniz. Hamısını məhkəmədə açıqlayarsınız”.

7 iyul 2019
GO BACK