Avstraliya sakini, dörd uşaq anası Melisa Hayn qızının xərçəng xəstəsi olduğunu bir şəkillə öyrəndi.
Qadin.Net xarici mətbuata istinadən xəbər verir ki, iyun ayının sonunda Kvinslenddə yaşayan Melisa qızının şəklini paylaşdı. Şəkildə uşağın sol gözündə nəzərə çarpacaq qədər ağ ləkə gördüyünü və bunun üçün təcili həkimə müraciət etdiyini qeyd etdi. Normalda hər iki gözdə qırmızı işıq düşməli idi, lakin Lolanın sol gözündə ağ ləkə görünürdü. Həkimlərin apardığı araşdırma nəticəsində məlum oldu ki, Lolada həqiqətən xərçəng xəstəliyi var və ana bunu ilkin mərhələdə aşkar etməyə kömək olub. Hazırda Lola müxəlif növ müalicələr alır və həkimlər onun tez bir zamanda sağalacağına əmindirlər. Melisanın paylaşdığı şəkildən sonra bir çox izləyicilər şəkilin sayəsində xərçəng diaqnozunu müəyyən etməyi öyrəndilər.
Qeyd edək ki, Lolanın cəmi 4 yaşı var və bu xərçəng növü yalnız 6 yaşa qədər uşaqlarda rast gəlinir.
Qadin.Net