İslandiya sakinlərinə cinsiyyətsiz soyad götürməyə icazə verilib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, gender müstəqilliyi barədə qanun parlamentdə yekdilliklə qəbul edilib. 45 millət vəkili qanun lehinə səs verib. 3 nəfər bitərəf qalıb, 15 nəfər isə səsvermədə iştirak etməyib. Qanun dərhal qüvvəyə minib. Bildirilir ki, qanunun tam işləməsi üçün il yarım vaxt lazım ola bilər.
Qanuna əsasən, üçüncü cins nəzərdə tutulub. Sənədləşmədə bu cins "X" kimi yazılacaq. Opsiya isə 18 yaşdan yuxarılar üçündür. 18 yaşdan cavanlar isə valideynlərinin icazəsini almalıdırlar. Bununla yanaşı, hansısa əməliyyat keçirmək lazım deyil. Üçüncü cinsi qanuni olaraq özünü kişi və ya qadına aid etməyənlər seçə bilər. Bundan əlavə, qanuna görə sözügedən şəxslər adlarını da dəyişə bilərlər.