49 yaşlı aktrisa Ketrin Zeta-Cons qızı Keris ilə dünən Parisdə keçirilən moda həftəsində iştirak edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünən “Fendi” markasının fevralda vəfat edən əfsanəvi modelyer Karl Lagerfeldin xatirəsinə həsr olunmuş dəfiləsi baş tutub. Dəfilənin qonaqları arasında Ketrin Zeta-Cons və qızı Keris də olub.
Aktrisanın Maykl Duqlasla nikahından olan 16 yaşlı qızı Keris gözəlliyi ilə bütün diqqətləri öz üzərinə toplayıb.