Qadin.NET / Dərisinin rənginə görə problemlə üzləşdi

Dərisinin rənginə görə problemlə üzləşdi

Dərisinin rənginə görə problemlə üzləşdi


Məşhur "Rusaloçka" ("Su pərisi") cizgi-filminin yenidənçəkiləcəyi bildirilib. Məsələnin qalmaqallı tərəfi isə ekran işində qaradərili Holli Beylinin rol almasıdır.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 1989-cu ildə işıq üzü görən və yenidən lentə alınması planlaşdırılan filmdə qaradərili birinin olması düzgün hesab edilməyib.

Kinoşünasların əksəriyyəti aktrisanın bu rola uyğun olmadığını deyib. "Su pərisi necə qaradərili ola bilər" kimi suallar rejissora və filmin yaradıcı heyətinə ünvanlanıb.

Hələ ki yaradıcı heyət tənqidlərlə bağlı heç bir açıqlama yaymayıb.

Dərisinin rənginə görə problemlə üzləşdi

Dərisinin rənginə görə problemlə üzləşdi


4 iyul 2019
GO BACK