Səyahət verilişləri ilə məşhurlaşan aparıcı Regina Todorenko ilə Vlad Topalov İtaliyada özünə toy edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 29 yaşlı aparıcı ilə 33 yaşlı müğənninin İtaliyanın Sorrento şəhərində baş tutan toyunda yaxınları və dostları iştirak edib.
Məlum olub ki, bəy toydan əvvəl kostyumunu itirib. Hava limanında cütlük çamadanlardan birinin gəlmədiyini görüb. Başını itirməyən müğənni dərhal sosial şəbəkədə yardım istəyib və problemi yoluna qoyub.
Regina toyu haqqında təəssüratlarını instaqramda paylaşıb. O, "İtalyansayağı tərzdə və güllərlə bəzədilmiş bir məkan... Ukraynanın Kotovski kəndindən bir qız bu barədə xəyal edə bilərmi? Xəyal etdi və bacardı” , - deyə qeyd edib.
Məlumat üçün bildirək ki, aparıcı ilə müğənni 2017-ci ildə “Arvadını lombarda grov qoy” tamaşasında tanış olub. Onların keçən il bir oğlu dünyaya gəlib. Regina hamilə olduğunu öyrənəndə Vlad ona evlilik təklif edib. Ulduzlar münasibətlərini rəsmiləşdirsə də, toy etməmişdi.