Qadin.NET / Elvis Presli əfsanəsi geri qayıdır

Elvis Presli əfsanəsi geri qayıdır

Elvis Presli əfsanəsi geri qayıdır


“Rokn rollun kralı” adı ilə məşhurlaşan mərhum müğənni Elvis Preslinin həyatından bəhs edən filmin çəkilişi üçün hazırlıq başlayıb

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, hələlik filmdə rol alacaq bir aktyorun adı bəlli olub.

Aktyor Tom Hanks filmdə Elvis Preslinin meneceri Kolonel Tom Parkeri canlandıracaq.

Filmin rejissor kürsüsündə isə “Romeo və Cülyetta”, “Qırmızı dəyirman” və “Möhtəşən Getsbi” kimi filmlərə imza atan Baz Lurman oturacaq.

Film əfsanəvi Preslinin karyerası və meneceri ilə olan münasibətdən bəhs edəcək.

Elvis Preslini kimin canlandıracağı müzakirə edilərkən “The Hollywood Reporter”in xəbərinə görə, əfsanəvi müğənnini 5 aktyordan biri canlandıra bilər. Namizədlər arasında Aron Teylor Conson, Ansel Elqort, Ostin Batler və Harri Stils kimi məşhur simalar var.

4 iyul 2019
GO BACK