Almaniyada yaşayan azərbaycanlı xanım, polis əməkdaşı Lena "Instagram"da diqqət mərkəzinə düşüb.
Lenanın sosial şəbəkədə paylaşdığı son fotoları izləyənlərinin diqqətini çəkib. İsti yay günlərində Lena tez-tez səyahətlər edir. O, polis olmasına baxmayaraq çoxlarının dilədiyi həyat tərzini yaşayır.
Lena orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis 14 il öncə gəldiyi Almaniyada özünə xoşbəxt bir həyat qura bilib.
Anası Susana (55 yaşlı) Almaniyada tibbi yardım alır. 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən sonra Berlinə yollanıb.
Berlində polis peşəsinə yiyələnmək üçün təhsil alan Lena polis olduqdan sonra Neuköllndə işləməyə başlayıb. Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərindən danışa bilir.