Türkiyənin məşhur aktrisası Dilan Çiçəyin arıqlamasının səbəbi bəlli oldu.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə günlərlə müzakirə olunan şəklindən sonra aktrisa açıqlama verməli oldu. Birdən birə bu qədər arıqlamasının səbəbi sən demə allergiya imiş. "Bir çox qidalara allergiyam olduğunu öyrəndim. Buna görə arıqlamışam, lakin çəkimi tez zamanda bərpa edəcəyəm. Qorxulu bir şey yoxdur." -deyə açıqlama verib.