2008-ci ildə vəfat edən Türkiyənin NATO-dakı təmsilçisi Faruk Yalçının qızı Sürəyya Yalçın vətəninə dönüb.
Qadin.Net axşam.az-a istindən xəbər verir ki, həyat yoldaşı ilə tətilə gələn Sürəyyanın digər dönüş səbəbi isə 10 ildir davam edən mirasla bağlı məhkəmənin yekunlaşmasıdır.
Belə ki, qardaş və bacıları tərəfindən mirasdan məhrum edilməsi tələb olunan S.Yalçın sonda məhkəməni qazanıb. O, atasından qalan 97 milyon dollar (təxminən 165 milyon manat) pulun sahibi olub.
Qeyd edək ki, Faruk Yalçın 4 milyard dollarlıq sərvəti ilə Türkiyənin ən varlı biznesmenləri sırasında idi. İş adamı öləndən sonra mirası 20 hissəyə bölünüb