Müğənni Murad Boz günlərdi haqqında danışılan bəxşiş mövzusuna son qoyub.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin restoranda hesab ödəyən zaman 200 lirə verdiyi, geri qalan 170 lirənin qaytarılmadığını görüb, mübahisə etdiyi iddia olunmuşdu.
Bir çoxları Muradın belə bir addım atmayacağını yazaraq, müğənninin müdafiəyə qalxıb. Boz isə iddialara özü cavab verərək, mübahisəyə son qoyub.
Murad "Hər kəs haqqını istəməyi bacarmalıdır. Burada yanlış bir hərəkət yoxdur. Hesabı ödəyirsiniz, pulunuzun qalan hissəsi sizə qaytarılmalıdır. Oturub gözləyirsiz, amma gətirmirlər. Əgər bəxşiş verəcəyəmsə, buna mən qərar verməliyəm, restoranın əməkdaşları yox" deyə, açıqlamasında qeyd edib.