Məşhur italyan aktrisa monika Belluççi gənc sevgilisindən ayrılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, dünyanın ən arzuolunan qadını olan aktrisa bir müddətdir 36 yaşlı rəssam Nikol Lefevrlə eşq yaşayırdı.
2 il davam edən eşq bir neçə gün əvvəl bitib. "Bir-birimizə çox oxşayırdıq. O insan mənə çox şey öyrətdi, indi isə yollarımız ayrıldı. Həyatımızın sonuna qədər dost qalacağıq" deyə, Monika açıqlamasında deyib.