Qadin.NET / Parisdə uçan taksilər istifadəyə veriləcək

Parisdə uçan taksilər istifadəyə veriləcək

Parisdə uçan taksilər istifadəyə veriləcək


2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlaşan təşkilatçıların həll edəcəyi əsas problemlərdən biri qonaqların daşınması ilə bağlıdır. Belə ki, hazırda Şarl de Qol aeroportuna gələn sərnişinlər hava limanından şəhərə avtobus və ya qatarla çatmaq üçün təxminən 3 saat sərf edirlər.

Qadin.Net teleqraf-a  istinadən xəbər verir ki, bu problemin aradan qaldırılması üçün 2024-cü ilədək aeroport və Parisin mərkəzi arasında hərəkət edəcək uçan taksilərin istifadəyə verilməsi nəzərdə tutulur. Onların planına görə, hava nəqliyyatı hər 6 dəqiqədə bir dəfə reyslər yerinə yetirəcək.

Parisin hava taksisi roluna əsas namizəd kimi yazda "Airbus" şirkətinin təqdim etdiyi "CityAirbus" aparatı göstərilir. 30 kilometr məsafəyə 120 km/saat sürətlə uça bilən aparatın sərnişin tutumu 4 nəfər təşkil edir. Onun pilotsuz uçuş funksiyası ilə təchiz edilməsi planlaşdırılır. 

Bu ilin sonunadək Şarl de Qol aeroportu hava taksiləri terminalının yerləşəcəyi yeri müəyyənləşdirəcək. Sonra 18 ay ərzində ilk uçuş sınaqlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlcə bu məqsədlə mövcud vertolyot hava dəhlizindən istifadə ediləcək. Beləliklə, Paris uçan şəhər nəqliyyatının istifadəyə veriləcəyi ilk meqapolislərdən ola bilər.

3 iyul 2019
GO BACK