Müğənni Bülent Ersoy qrip olduğu ərəfədə "Diva əslində Hepatit B-dir" iddiasını ortaya atan müğənni Eylül Metini məhkəməyə verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, məhkəmə Metinin ifadəsinin alınması üçün noyabra təxirə salınıb.
Müğənnini təhqir etdiyi deyilən Metinin 2 il həbsi istənilir. Ersoyun vəkili Serkan Toper məsələ ilə bağlı açıqlama yayıb.
"Bülent Ersoyun hepatit B xəstəsi olmadığı açıqdır. Bir insanın şəxsi həyatına bu cür müdaxilə edilməsi yanlışdır. Eylül Metinin cəzasını çəkməsini istəyirik" deyə, vəkil açıqlamada bildirib.