Aktyorlar Demet Özdemir ilə Can Yamanın baş rolda oynadığı "Erkenci kuş" serialı ilə bağlı gözlənilməz qərar alınıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ekran işinin senari qrupu dəyişib. Serialın qalan bölümlərində senarini Fethi Kantarcı və Sayqın Delibaş qələmə alacaq.
Yaradıcı heyət "Erkenci kuş"un reytinqdə birinci olduğu üçün yay mövsümündə tətilə yollanmayıb, bütün aylarda yayımlanacağını bildirib. Hətta ekran işinin yayım günü də dəyişdirilərək çərşənbə axşamı edilib