Hollivud ulduzu Ancelina Colinin evində çalışan dayə aktrisanın ailəsi ilə bağlı qalmaqallı açıqlama verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, keçmiş işçi aktrisanın 6 övladı ilə bacara bilmədiyini deyib.
Coli hər dəfə açıqlamasında tərbiyəli, sözəqulaqasan uşaqlarının olduğunu iddia edir. Dayə isə onun yalan açıqlama verdiyini iddia edib.
Dayə bildirib ki, Zahardan başqa Colinin digər oğul və qızları ilə arası pisdir. Ən əsas da 17 yaşlı Meddoksu idarə etmək çətindir. Paks Ten, Şaylo, Vivyen və Niks isə Coliyə heç qulaq asmır.
Ancelina isə onlarla münasibəti korlamaq istəmir. O, Bred Pittlə ayrıldıqdan sonra özünü uşaqlar qarşısında günahkar hesab edir. Hətta böyük oğlunu sakitləşdirmək üçün aktrisa ona spirtli içki də verir.
Dayə Colinin qızının yaxın günlərdə cinsiyyətini dəyişdirəcəyini də açıqlayıb. 13 yaşlı Şaylo oğlan olmaq istədiyini bildirib