Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, tərxis olunan əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də yer alıb.
DTX rəisi Əli Nağıyev tərxis olunan əsgərlərlə görüşüb.
Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib