Şahzadə Harri və Meqan Markl yenə dayə axtarışındadırlar.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 6 həftəlik olan körpə üçün dayə tapmaq cütlük üçün problemə çevrilib.
Bundan öncəki baxıcılardan razı qalmayan Meqan oğluna özü baxmaq istəyir. Dayə onlarla eyni evdə yaşamayacaq, sadəcə köməyə ehtiyac olduğu zaman gələcək.
Qeyd edək ki, krallığın adətinə görə, ailənin uşaqlarına Norlanda kollecindən olan dayələr baxır. Ancaq cütlük bu adətlə razılaşmır və uşağı üçün özləri dayə axtarır