Qadin.NET / Planetimiz Təhlükədədir-

Planetimiz Təhlükədədir-

Planetimiz Təhlükədədir-


Alimlər planetimizə meteorit yaxınlaşması barədə xəbərdarlıq ediblər.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, ekspertlər bu meteoriti "Tunqus-2" adlandırıblar. Qlobal fəlakətə bir neçə gün qaldığı iddia edilir.

Birinci Tunqus meteoriti 1908-ci ildə Sibirə düşüb. 9 mərtəbəli bina boyda ölçüləri olan meteorit xoşbəxtlikdən meşəyə düşüb və canlı tələfata səbəb olmayıb. Meteorit Tunqus çayı yaxınlığına düşdüyü üçün Tunqus meteoriti adlandırılıb. Bu günə qədər də baş verən hadisə tarixin müəmmalarından biri sayılır.

Alimlərin ehtimalına görə, ikinci meteorit 29 iyul tarixində Yerə düşə bilər. Amma günəş tutulmasına görə (bu hadisə 2 iyul tarixində baş verəcək) bir az tez baş verə bilər.

Bəzi məlumatlara görə, meteorit Rusiyanın Avropa hissəsinə düşə bilər. Bəzi alimlər isə Şərq yarımkürəsinin faciə ilə üzləşəcəyini ehtimal edirlər.

30 iyun 2019
GO BACK