Birləşmiş Ərəb Əmirliyinin baş naziri, şeyx Məhəmməd ben Rəşid Al Maktuminin arvadı, 45 yaşlı Haya bin al Hüsseyin ölkədən qaçıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, özü ilə 40 milyon dollar götürüb. Bəzi mənbələr onun Almaniyadan sığınacaq istədiyini və hazırda orada olduğunu yazıb.
Şahzadə özü ilə 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Al Halilanı da aparıb. Haya dünyanın ən varlı insanlarından biri hesab edilən şeyxlə 2004-cü ildə ailə qurub.
O, iyunun 23-də evdən qaçıb. Onun ölkədən getməsinə alman diplomat kömək edib. Bu hadisə Almaniya ilə BƏƏ-liyi arasındakı diplomatik münasibətləri də korlayıb. Şeyx ölkədən arvadını təhvil verməsini istəsə də, buna nail ola bilməyib.
Haya İordaniyanın hazırki kralı II Abdallın doğma bacısıdır