Türkiyəli müğənni-aparıcı Seren Serengil yenə də çalışdığı telekanaldan qovulub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bundan əvvəl Seren çalışdığı insanlarla dava etdiyi, açıqlamalarına görə dəfələrlə şikayət olunduğu, RTÜK cəzaları aldığı və məhkəmələrə verildiyi üçün Star TV-dən çıxarılmışdı.
Bu dəfə də TV 100 kanalı onu işdən uzaqlaşdırıb. Serengilin Ebru Yaşarla bağlı açıqlamaları kanal rəhbərliyi tərəfindən tənqid edilib.
"Seren Serengil yenə də işdən uzaqlaşdırılıb. Dəfələrlə kanalların qapısı üzünə bağlanmışdı. Uzun fasilədən sonra TV 100 kanalında Cengiz Semercioğluyla proqrama başlamışdı. Amma yenə də alınmadı. Bu dəfə ömrü daha qısa oldu. Studiyada fırtınalar qoparmağın nəticəsi bu dəfə də qovulmaq oldu" deyə, mənbə bildirib