Britaniyalı rok müğənni, “Black Sabbath” qrupunun yaradıcılarından və iştirakçılarından biri olan Ozzi Osborn ABŞ Prezidenti Donald Trampa onun mahnılarından siyasi kampaniyalar zamanı istifadə etməyi qadağan edib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə ifaçının adından onun həyat yoldaşı Şeron Osbornun “İnstaqram”da yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, daha öncə D.Tramp “Tvitter”də bir video yayımlayıb. Bu videoda prezidentlik yarışında Demokrat Partiyasından olan namizədlərin debatı Trampın kadrlarının nümayişi ilə dayandırılır. Kadrlar Osbornun “Crazy Train” mahnısı ilə müşayiət olunur