Müğənni Gülbən Ərgənə tez-tez məhkəməyə verdiyi keçmiş əri Erkan Çelikdən sərt cavab gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Çelik yazdığı mesajla bütün suallara cavab verib.
O, paylaşımında "Həyat yoldaşı yox, bir həyat seçər insan. Seçdiyin sənin yol dostun olar. Sonra da o seçiminlə yaşayarsan. Keçmişə baxanda, mən tək bir yalnış seçimlə, ailəmlə, dostlarımla və sevənlərimlə heç layiq olmadıqları acılar yaşatdığımı görürəm. Bu gün mediada da yer alan xəbərlər, qarşılaşdığım haqsızlıqlar yanında yaxınlarıma yaşatdığım pis günlərə görə üzr istəyirəm. Amma hamının bunu bilməyini istəyirəm: mənə edilən nə olur olsun, ömrümü doğruluq və dürüstlüklə yaşamağa davam edəcəm" sözlərini qeyd edib.
Qeyd edək ki, Gülbən keçmiş ərini avtomobilini cızma, ona icazəsiz yaxınlaşma iddiası ilə polisə verib. Məhkəmə Erkana 60 min lirə pul, 1 il 8 ay isə həbs cəzası verib