Qadin.NET / Nüsrətin "qızıl ət" sirri İFŞA OLUNDU-FOTO

Nüsrətin "qızıl ət" sirri İFŞA OLUNDU-FOTO

Nüsrətin "qızıl ət" sirri İFŞA OLUNDU-FOTO


Dünyaca məşhur türkiyəli aşpaz Nüsrət Gökçə hər kəsi aldadıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aşpazın qızıla batırılmış əti dəyərindən qat-qat baha təqdim etdiyi məlum olub.

Bu barədə sosial media fenomeni Orkun Işıtmak qonaq olduğu verilişdə danışıb. Fenomen bildirib ki, bir neçə ay öncə Nüsrətin Mayamidəki restoranında olub və orada 6500 TL-lik qəbz ödəyib.

“Ən yüksək nöqtədən tullanan ilk türk olmaq üçün Amerikaya getmişdik. Bir neçə gün əvvəl Mayamidə qaldıq. Nüsrət Gökçənin restoranına da getdik. Həyatım boyunca ən bahalı menyunu gördüm. Menyudakı hər şey Türkiyədəki ilə eyni idi. Sadəcə hər şeyin qiymətini altıya vurursunuz. Əlavə olaraq, 18% xidmət haqqı və 10% vergi ödəyirsiniz. Ət yedim. Gözəl idi. Amma burada yediyimiz ilə arasında fərq tapa bilmədim. Ətin üzərində aliminium falqa kimi qızıl parçaları vardı. Onlar isə marketdə 2-3 dollara satılan bir şeydir. Biz isə o menyuya 6500 TL ödədik. Nüsrətin etdiyi sadəcə şoudur”

Nüsrətin "qızıl ət" sirri İFŞA OLUNDU-FOTO


29 iyun 2019
GO BACK