"Hercai"nin Reyyanından maraqlı açıqlamalar gəldi.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çəkilişi Mardində aparılan məşhur "Hercai" serialının baş qəhrəmanlarından biri Reyyan obrazı ilə qəlbləri fəth etmiş aktrisa Ebru Şahin Cosmopolitan dərgisində müsahibə verib. "Həqiqiliyinə inanmadığım bir şeyin içində olmağı sevmirəm. Bəlkə də, "Hercai"ni oxuyanda bu qədər həqiqi olduğuna inanmasaydım içdən oynaya bilməzdim. Tamamilə fərqli böyümüş olsaq da qadınların qəlbi, duruşu, gözü ola bilmək mənim üçün vacibdir. Xüsusilə real həyatda bu cür hadisələrə şahid olan insanlardan aldığım mesaj mənə təsir edir. Şöhrət məsələsinə gəlikdə... Hər gün işə gedən insanlar kimiyik. Bu da bizim işimizdir. Buna görə özümüzü başqalarından üstün görmək düzgün deyil. Kiminsə sevgisini tapdalayaraq yox, əllərindən tutaraq yüksəlmək daha səmimidir. Şəkil çəkməyi çox sevirəm. Universitet illərimdən instagram istifadəçisiyəm. Şəkillərin altına fikir yazmağı çox sevirəm. Ancaq indi nə yazsam anlıq ruh halım kimi dəyərləndirildiyindən daha diqqətli oluram. Mardində çəkiliş etdiyimiz üçün üz baxımına diqqət edirəm. Havasının quru olması üz dərimi qurudur. Buna görə nəmləndiricilər vururam.