Qadin.NET / Uşaqlarına Cücəbacı, Xunçar, Əskiyə adı qoymaq istədilər

Uşaqlarına Cücəbacı, Xunçar, Əskiyə adı qoymaq istədilər

Uşaqlarına Cücəbacı, Xunçar, Əskiyə adı qoymaq istədilər


Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış adlar və soyadlar  üzrə Xüsusi Komissiyasının sədr müavini Səyalı Sadıqova açıqlama verib.

Qadin.Netmodern.az-a istinadən xəbər verir ki, Sadıqova son zamanlarda Komissiyaya adqoyma ilə bağlı 70-ə yaxın müraciət daxil olduğunu bildirib.

Onlardan 28 adın qoyulmasının qarşısı alınıb. Qarşısı alınan adlardan bəziləri bunlardır:  İşbilir, Xunçar, Cücəbacı,  Xubla, Fəqih, Aymələk, Cəld, Aliza, İstifa, Əskiyə, Bəkəra. Bu adların qoyulması tövsiyə olunmur.

S.Sadıqova onu da qeyd edib ki, Müavin, Alfira, Xublar kimi adların verilməsi üçün məhkəməyə müraciət olunub, ancaq buna baxmayaraq qəti şəkildə qarşısı alınıb.
"Lakin Fəxrfarş, Fəhminə, Elsevən, Elsurə, Bəxtişən,  Çingizdəmir, Bəxtinur, Ceyhan, Ayla, Fəğan, Aylanur kimi adların verilməsi biz tərəfdən tövsiyə olunub.

Müəyyən adlar var ki, valideynlər ad xatirinə ad qoyurlar. Məsələn: Lili adını qoymaq istəyən bir valideyn vardı, uzun müddət mübahisə etdi, ancaq biz mənasını açıb deyəndən sonra özü bu adı qoymaqdan imtina etdi"-deyə S.Sadıova bildirib.

O deyib ki, bu kimi məsələlərin aradan qaldırılması üçün maariflənmə işləri aparılmalıdır.

"Ona görə ki, validenlər qoyduqları adın mənasını, mahiyyətini bilsinlər. Ad təkcə bir ailəyə məxsus deyil, ona sosial bir hadisə kimi baxlılır. Xalqın , millətin mentalitenini özündə əks etdirir.

Komissiyanın xətti ilə 2014 cü ildə 1750 ad təmamilə siyahıdan çıxarılıb. Ansambl, Kolxoz, Sovxoz, Traktor kimi adlar.
Bu cür xüsusi adlar verilmir, indi mənası olmayan adlar daha çox dəbdədir. Məsələn Xunkar adı nə deməkdir? Mənası olmayan bir addır. Ancaq buna baxmayaraq bu adı övladlarına qoymaq istəyən bir çox valideyn  var.

Elə adlar da var ki, onların hər birinin öz gözəlliyi və mənası var. Məsələn, Elnurə, Cavidan, Selcan , Bikəxatun və s. Çünki bu adaların mənası var və xalq tərəfindən daha çox sevilir. Lakin mənasız, gülüş doğuran adlar da var ki, onlara qarşı biz tərəfdən  qoyulmaması üçün mübarizə aparılır"- deyə S.Sadıqova əlavə edib.

29 iyun 2019
GO BACK