Qadin.NET / Baham adalarına getdi akulaya yem oldu-FOTO

Baham adalarına getdi akulaya yem oldu-FOTO

Baham adalarına getdi akulaya yem oldu-FOTO


21 yaşlı qızın yay istirahəti əsl faciəyə çevrilib.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Torrans şəhərinin sakini, 21 yaşlı tələbə Cordan Lindsi ailəsi ilə Baham adalarına istirahətə yollanıb. Burada o, sualtı üzgüçülüklə məşğul olmaq üçün katerlə gəzintiyə çıxıb. Lindsi maska ilə suya enəndə onun ailəsi dəhşətli mənzərə ilə qarşılaşıb.

Onlar üç köpək balığının qıza yaxınlaşdığını görüblər. Valideynlər dəhşət içində qışqıraraq qızlarını yaxınlaşan təhlükə barədə xəbərdar etmək istəyiblər.

Amma Lindsi onları eşitməyib. Ailənin gözü qarşısında köpək balıqları qıza hücum ediblər. Yırtıcılar onun bütün bədənini dişləyiblər və sağ qolunu qoparıblar. Ailə güc-bəla ilə Lindsini sudan çıxarıb. Cordanı xəstəxanaya aparsalar da, onu xilas etmək mümkün olmayıb.

Baham adalarına getdi akulaya yem oldu-FOTO

Baham adalarına getdi akulaya yem oldu-FOTO

Baham adalarına getdi akulaya yem oldu-FOTO


28 iyun 2019
GO BACK