Aktyor Maks Rayt 75 yaşında ABŞ-ın Kaliforniya ştatında dünyasını dəyişib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, M. Rayt 1986-1990-cu illərdə "NBC" telekanalında yayımlanan "Alf" serialındakı ailə başçısı obrazı ilə məşhurlaşmışdı. Bundan əlavə, o, "Kölgə", "Yay gecəsində yuxu" filmlərində, eləcə də "Dostlar" serialında rol almışdı