Türkiyəli futbolçu Caner Erkinlə eks-arvadı Asena Atalayın arasındakı məhkəmə nəticələnib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, şikayətçi tərəf Atalay 50 min lirə ( təxminən,14,7 min manat) aliment tələbi ilə məhkəməyə müraciət etmişdi.
Üç ildir davam edən prosesin sonunda hakim Caner Erkinin oğlu Çinara aylıq 3 min lirə (təxminən, 886 manat) aliment ödəməsinə qərar verib.
Qeyd edək ki, cütlük qalmaqallı şəkildə boşanmışdı. Caner hazırda aktrisa Şükran Ovalı ilə evlidir