“Halka” serialında baş rollardan birini ifa edən aktyor Kaan Yıldırım həyat yoldaşı Ezgi Eyuboğlundan boşanıb.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə evlənən cütlük anlaşmalı olaraq ayrılmağa qərar verib. Bu barədə aktyorun həyat yoldaşı instaqramda məlumat yayıb.
Açıqlamada deyilir:
"Ezgi Eyüboğlu və Kaan Yıldırım birgə verdikləri qərar əsasında razılaşdırılmış olaraq boşanıb. Bundan sonrakı həyatlarında münasibətlərinə hörmət və ehtiram çərçivəsində dost qalaraq davam edəcəklər".
Məlumat üçün bildirək ki, cütlük 2013-cü ildə birgə rol aldıqları "Hey İstanbul" serialının çəkilişlərində tanış olub