Qadin.NET / Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO

Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO

Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO


ABŞ-ın Nyu-Cersi ştatında cütlük doğuşdan bir neçə dəqiqə əvvəl xəstəxanada evlənib.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Maykl Qallardo və Mari Marqaritondo cütlüyü tezliklə dünyaya körpə gələcəyini düşünmədikləri üçün köçdən sonra əşyalarını yerbəyer edirmişlər. Maykl iş üçün çölə çıxanda Mari ona zəng edərək bildirib ki, artıq cifti açılıb. Onu təcili xəstəxanaya yerləşdiriblər. Amma onların münasibətləri qanuni olmadığı üçün Qallardo doğuş vaxtı çətinlik yaransa, qərar qəbul edə bilməyəcəyini anlayıb.

Bu zaman Qallardo əməliyyatdan əvvəl toy etmək qərarına gəlib. Xəstəxananın tibbi heyəti isə onlara kömək edib. Tibb bacıları çiçək alıblar və dini xadim dəvət ediblər. Cütlüyün valideynləri də təcili olaraq xəstəxanaya gəliblər.

Motsartın marşı isə mobil telefon vasitəsilə səsləndirilib. Cütlük öpüşdükdən sonra Marini əməliyyat ediblər, sağlam körpə dünyaya gəlib.

Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO

Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO

Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO


26 iyun 2019
GO BACK