Türkiyənin Mardin vilayətinin Derik rayonunda buynuzlu ilan öldürülüb.
Qadin.Net Türkiyə KİV-ə istinadla xəbər verir ki, sakinlər qeyri-adi ilanı yol kənarında tapıblar.
Sakinlər onlara hücum edəcəyindən qorxduqları üçün ilanı öldürüblər.
Buynuzlu ilan növləri haqda mətbuata açıqlama verən Türkiyənin Dicle Universitetinin professoru Ali Satar bildirib ki, sözügedən ilan gürzəkimilər növündən olan buynuzlu ilandır (Cerastes cerastes):
“İlan Şimali Afrika, Ərəbistan yarımadası, Türkiyə və İranda geniş yayılıb. Əsasən çöllük ərazilərdə yaşayan bu ilanlar çox zəhərlidir. Bu ilanı digər növlərdən fərqləndirən əsas cəhət buynuzlarının olmasıdır, uzunluğu təxminən 50-90 sm-dir.
İsti və qumlu ərazilərdə yaşayırlar, əsasən qumun altında yaşamağı sevirlər, yavaş hərəkət edirlər. Gəmirici heyvanlar və quşlarla bəslənirlər. Olduqca zəhərli növdür. İnsanlara yalınız özlərinə təhlükə olduqda hücum edirlər”.
Əlavə edək ki, dünən sözügedən buynuzlu ilanın Azərbaycanın Ağsu rayonunda öldürülməsi haqda məlumat yayılmışdı. Lakin sonradan bu xəbər aidiyyəti qurumlar tərəfindən təkzib edilmiş, ilanın keçən il İranda öldürüldüyü açıqlanmışdı