Türkiyədə 23 yaşında vəfat edən gəncin orqanları ehtiyacı olan xəstələrə köçürüləcək.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Bursanın Yenişehir qəsəbəsində baş ağrıları diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ahmet Çavdarın beyninə qan sızdığı üzçə çıxıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gənc oğlan xəstəxanada olarkən valideynlərinə ölərsə, orqanlrının bağışlanmasını vəsiyyət edib.
Valideynləri xəstəxanaya müraciət edərək beyin ölümü gerçəkləşən kimi orqanların götürülməsini xahiş edib.
Qeyd edək ki, bir çox ölkələrdə orqan bağışlanması qanuniləşdirilib.