Yaşına baxmayaraq gənc qızlar kimi incə belə və şux qamətə sahib müğənni Seda Sayan sirrini açıqladı.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, estetik əməliyyatının görüntülərini paylaşandan sonra ilk dəfə açıqlama verən Seda Sayan bu addımını belə izah edib: "O görüntüləri paylaşdığıma cərrahım da inana bilmədi. Niyə paylaşdım deyə sual verdi. Mən də Yazıqdırlar, qoy gəncləşməyin necə mümkün olduğunu bilsinlər.-dedim. Bu əməliyyatda boyun və uz dərisi dartılır, bir anda 7-8 yaş cavanlaşırsan. Utanmadan estetik əməliyyat etdirmirəm deyənləri başa düşmürəm.
Yeməyimə gəldikdə isə gün ərzində ürəyim istəyən hər şeydən az-az yeyirəm. Ancaq saat 7-dən sonra diqqət edirəm. 7-dən sonra nə meyvə, nə də şirniyyat qətiyyən yemirəm. Bir az popkorn ya da semiçka yeyirəm, onu da az miqdarda. Şəkillərdə isə proqramla botoks edirəm. Evdar xanımların telefonunda belə o proqram var. İstifadə edin, burda nə var ki..."
Qeyd edək ki, Seda Sayanın 56 yaşı var.