Keçmiş model Demet Şener Cenk Küpeli ilə evləndi
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bosketbolçu İbrahim Kutulayla qalmaqallı şəkildə boşanan Demet Şener ötən gün biznesmen Cenk Küpeliyə ərə getdi. İstanbulun Ortaköyündə yerləşən otellərin birində ailə quran cütlük "Evlilik müqaviləsi olmadan, sevərək evləndik" dedilər.
Qeyd edək ki, toyda Demet Şenerin uşaqları da iştirak edib.
Qadin.Net