22 il əvvəl avtomobil qəzasında həlak olan şahzadə Diananın qarderobunda olan 3 paltar hərraca çıxarılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hər zaman zövqlü geyimləri ilə seçilən şahzadənin 1988-ci ildə bir dövlət ziyafətində geyindiyi Katerina Valker imzalı paltar 93 min sterlinqə (təqribən 200 min manat), 1986-cı ildə Devid və Elizabet Emanuel tərəfindən hazırlanan geyim 120 min sterlinqə (təqribən 258 min manat) satılıb.
1984-cü ildə geyindiyi Casper Conran imzalı paltarı isə nisbətən daha ucuz qiymətə, 62,5 min sterlinqə (təqribən 135 min manat) alıcı tapıb