Türkiyəli aktyor Burak Özçivitin yeni layihəsində onun sevgilisi rolunda Hazal Subaşı çıxış edəcək.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Burak Özçivitin baş rolda oynayacağı “Diriliş Osman” serialındakı tərəf müqabili məlum olub. İddia olunur ki, Burak Özçivitin sevgilisini “Halka” serialında Bahar obrazını canlandıran Hazal Subaşı ifa edəcək.
Məlumat üçün bildirək ki, “Diriliş Osman” bir neçə ildir ard-arda reytinqləri qıran “Diriliş Ərtoğrul”un davamıdır. Layihənin oktyabr ayından etibarən “TRT 1” kanalında yayımlanacağı deyilir