Məşhur dünya ulduzu Castin Biber dilənçiyə pul verəndə paparazzilər tərəfindən lentə alınıb.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, kanadalı müğənni şəxsi təyyarəsi ilə Mayamiyə uçub.
25 yaşlı müğənni istirahətini başa vurub evinə getmək üçün oteldən yola çıxıb. Avtomobili ilə yolda yanacaqdoldurma məntəqəsinə girən müğənni mağazaya daxil olarkən qapıda dilənçi görüb. O, əlindəki 40 dolları ona verib. Sonra isə maşınına minərək hava limanına gedib.