Qadin.NET / Maaş artımı ərzaq bahalaşmasına təsir edəcəkmi?

Maaş artımı ərzaq bahalaşmasına təsir edəcəkmi?

 

Maaş artımı ərzaq bahalaşmasına təsir edəcəkmi?



 

Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı. Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz yüksəldi. Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı. Və ən nəhayət, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı.

Son 26 ilin ən böyük maaş artımıdır bu.

Bu ilin əvvəlindən etibarən qəbul edilmiş bu səpgili qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan verimişdirsə, hazırkı sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq.

Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz təhfəsini verəcək.

Son bir ildə və xüsusən, 2019-cu il başlayandan bəri qəbul edilmiş bu səpgili qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan verirdisə, hazırkı sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq.

Əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz təhfəsini verəcəkdir. Prezident İlham Əliyevin Azərbaycanda başladığı Sosial İslahatlar İnqilabı qarşısıalınmaz prosesdir, siyasi iradə nümayişidir və daha geniş vüsət alacaq. Azərbaycan növbəti dəfə Sosial İslahatlar sahəsində öz standartlarının olduğunu dünyaya nümayiş etdirdi. Vətəndaş məmnunluğu ölkəni idarə edən ali şəxsin əsas hədəfidir. Vətəndaş isə öz dövlətinin və prezidentinin güvənində olduğunu hiss edir, bu isə xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Dövlət siyasətinin vətəndaş məmnunluğu üzərində qurulduğu bundan sonra da sübut deyil, nümayiş etdiriləcək. Bununla da iqtidarın xalq yanında mövqeləri daha da möhkəmlənməkdə davam edəcək. Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, maddi rifah halının gücləndirilməsi, vətəndaşın yaşayış səviyyəsinin yüksəlməsi üçün düşünülmüş, dəqiq hesablanmış islahatlar riyazi model kimi Azərbaycan standartı adına dünyaya tanıdılacaq. Yenə təkrar edirəm, Prezident İlham Əliyevin inqilabi sosial islahatları Azərbaycan standartı kimi gələcəkdə tətbiq olunacaq. Zaman gələcək bunun şahidi olacağıq.

Dövlət başçısı İlham Əliyevin sərəncamları orta hesabla 200 mindən artıq vətənaşımızın maaşlarının artımını nəzərdə tutursa, ümumilikdə, 2 milyona yaxın insanın yaşamına bilavasitə təsir edəcək.

Fəqət, həmişə olduğu kimi, psevdoanalitiklər və yarıtmaz təhlilçilər sifariş yerinə yetirərək maaş artımının ölkədə inflasiyaya, bahalaşmaya səbəb olacağını, manatınsa yeni devalvasiyasını şərtləndirəcəyini vurğulayırlar.

Həmişə olduğu kimi, sosial şəbəkələrdə aparılan bu kampaniya əvvəlcədən hazırlanmış şəkildə gerçəkləşdirilir, bir mərkəzdən idarə olunur. "Açıqlama", "şərh" və "təhlil"lər forma və məzmun baxımından fərqli olsalar da, mahiyyətcə eynidir.

Məqsəd gerçək, real sosial inqilab ünsürü sayıla biləcək qərarları pisləmək, hakimiyyətin addımını gözdən salmaq, vətəndaşlarda narazılıq və hətta təlaş hissləri yaratmaqdır

Halbuki maaş artımı ilə bağlı sərəncamlar ciddi bahalaşmaya və illah da ki, sərt devalvasiyaya səbəb olmayacaq.

Qısa keçmişə, maaş artımının statistikasına və xronologiyasına nəzər salaq.

2006-cı ildən bəri Azərbaycanda minimum əməkhaqqının dəyişmə, konkret olaraq artım dinamikası belə olub:

2006-cı il - 30 manat

2007 - 50 manat

2008 - 60 manat

2010 - 85 manat

2011 - 93,5 manat

2013 - 105 manat

2017 - 116 manat

2018 - 130 manat

2019-cu ilin martı - 180 manat

Yeni sərəncamlara görə, bu ilin sentyabrından sonra ölkədə minimum əməkhaqqı 250 manat olacaq.

Statistika göstərir ki, bir zamanlar minimal əməkhaqqı səviyyəsinə görə postsovet məkanı ölkələri arasında ən sonuncu yerlərdən birini tutan Azərbaycan "reytinq"də əhəmiyyətli dərəcədə irəliləyəcək.

Doğrudur, Azərbaycan sənaye, istehsal və texnologiya baxımından dünyanın inkişaf etmiş ölkələri arasında deyil. Fəqət, ölkə iqtisadiyyatının qeyri-neft sektoru sürətlə inkişaf etdirildiyindən dövriyyədə olan pul kütləsinin artımı Azərbaycanın milli valyutasına inflyasiya təzyiqlərini artırsa da, fəsadlı nəticələri təxminləmək "qara ssenari"lərin gündəmə gətirilməsindən başqa heç nə deyil.

4 il əvvəl manatın ABŞ dollarına olan nisbət kursunda geriləmə, sonrakı devalvasiya və bu ilin əvvəlindəki artımlarda da "ekspert"lər sosial şəbəkələrdə vaysınma prosedurlarına başlamışdılar. Onlar iddia edirdilər ki, Azərbaycan, sən demə, Venesueladır və bizi də neftdən asılı bu ölkənin taleyi gözləyir.

Belə gerizəkalı bənzətmələr və primitiv "təhlil"lərin sayı fasiləsiz artırdı: az öncə yazdığım kimi, sifariş belə idi. Lakin manata inflasiya təzyiqi güclü olsa da, ciddi bahalaşma və əhəmiyyətli qiymət artımı olmadı. Tam əksinə, "üzən kurs"a keçiriləndən sonra bu ilin birinci yarısında manatın səbatlılıq səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə daha da artdı.

Manat indi postsovet məkanında ən stabil valyuta olmaqla yanaşı, İranın şimal və şərq əyalətlərində belə, tədavül vasitəsinə çevrilməkdədir.

Vaxtilə iqtidarda olub indi sosial şəbəkə mağmınlarına çevrilənlərə sualım var: siz hakimiyyətdə olduğunuz dövrdə əməkhaqqının artırılması ilə əlaqədar bir fakt belə, olubmu? Ümumiyyətlə, AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət.

İndisə bu siyasi ölülər dil boğaza qoymadan danışır, sosial şəbəkələrdə bloqerliyə çevrilmənin acısını böhtanlarla çıxmağa çalışırlar.

Hakimiyyətin yaxşı işlərini gözdən salmaq üçün əllaməçilik edən, sifarişlə "hiddətlənən" adamların nəsibi, gerçəkdən də, ağırdır.

Ağa qara deməklə rənglər dəyişməsə də, onların oyunları dəyişir.

Hər oyunda isə oyunbazın taleyi yaxşı olmur.

Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir. Məqsədimiz bu gələcəyə doğru inamla və qətiyyətlə irəliləməkdir.

Törətdikləri biabırçılıqların heç yüzdən birini də təşkil etməyən sadaladığım faktların "müəlliflərinin" bugünkü firavan, müasir, inkişaf edən Azərbaycana böhtan atması insan əxlaqının eybəcərləşməsindən başqa bir şey deyildir.

Nə qədər böhtan atsalar da, nankorluq etsələr də möhtəşəm Azərbaycan özünün işıqlı gələcəyinə doğru inamla irəliləyir, insanlar isə bunun faydasını görür və bundan sonra da görəcəklər.

Milli.Az

21 iyun 2019
GO BACK