Qadin.NET / Ölkəmizə yay gəlir

Ölkəmizə yay gəlir



Bu gün Azərbaycana yay fəsli daxil olacaq.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, yay fəsli saat 19:54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq.

14 saat 43 dəqiqə davam edəcək təbiət hadisəsinə həm də yay günəş tutuluşu deyilir. Yəni, yerin fırlanma oxu günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya günəş həmin an üfüqdən maksimum hündürlükdə olur. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir. Bu zaman ən qısa gecə, ən uzun gündüz yaşanır.

21 iyun 2019
GO BACK